Bakının bir sıra köhnə binalarında yüzlərlə lift quraşdırılacaq
Ölçü:


Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında Almaniya istehsalı olan 542 lift quraşdırılacaq. Bunu Koordinat.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, yeniləmə işləri pilot olaraq paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda aparılır.
“Hazırda quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir. İstismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Eyni zamanda istismar vaxtı bitməyən liftlərdə təmir işləri aparılır. Bu işlər əlavə olaraq növbəti il ərzində də davam etdiriləcək”, - deyə İ. Kərimov qeyd edib.

02.10.2019 12:30:21
Oxuma sayı: 196