Müsavat başqanlığına namizədlər debatda qarşılaşacaq - oktyabrın 9-da
Ölçü:


Müsavat Partiyasında seçki kampaniyası davam edir.

Koordinat.az-ın məlumatına görə, Müsavat başqanlığına namizədlər arasında debat keçiriləcək. Hazırkı başqan, partiya rəhbərliyinə yenidən namizədliyini irəli sürmüş Arif Hacılı bildirib ki, oktyabrın 9-da arzu edən bütün mətbuat nümayəndələrinin iştirakı ilə başqanlığa namizədlərin debatı olacaq. Debat bunu məqbul hesab edən bütün TV kanallarında canlı yayımlanacaq: "Bu gün debatın aparıcısı barədə razılığa gəldik. Debatın aparıcısı müstəqil jurnalist İzolda Ağayeva olacaq”.

Arif Hacılı debatda başqanlığa digər iki namizədlə - tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə üz-üzə gələcək.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək.

01.10.2019 16:49:00
Oxuma sayı: 201