Bakıda 264 məktəbdə 970-dən çox məktəbəhazırlıq qrupu açılıb
Ölçü:



Bu gündən etibarən ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən bütün 5 yaşlılar cəlb olunub. Bu il ilk dəfə olaraq bütün ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron sistem vasitəsilə həyata keçirilib".

Koordinat.az-ın məlumatına görə, bunu məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar Bakının 18 nömrəli tam orta məktəbində keçirilən tədbirdə çıxışı zamanı Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib. Onun sözlərinə görə, Bakı şəhəri üzrə 264 ümumtəhsil müəssisəsində 970-dən artıq məktəbəhazırlıq qrupu açılıb: "Bu qruplara 26 mindən artıq 5 yaşlı uşaq qeydiyyatdan keçib. Məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçən uşaqlarla tədris aparacaq müəllimlər üçün təlimlər keçirilib. Təlimlərdən keçən bütün müəllimlərin bilikləri yoxlanılıb və onlara sertifikat verilib".

Bəşarət Məmmədov bildirib ki, 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlb olunmasının əsas məqsədlərindən biri həmin uşaqların məktəbə adaptasiya olmaları, eyni zamanda öz yaş qruplarına uyğun müvafiq bilik və bacarıqların aşılanmasıdır".

Sektor müdiri bildirib ki, son illərin təhlilləri və ilkin müşahidələri məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların ibtidai siniflərdə təlim göstəricilərinin daha yüksək olmağını deməyə əsas verir. Bəşarət Məmmədovun sözlərinə görə, məktəbəhazırlıq qruplarına qeydiyyat avqustun 26-dan sentyabrın 25-dək aparılıb. Sadəcə üzrlü səbəbdən gecikən valideynlər üçün qeydiyyat prosesi bir neçə gün də davam edib: "Artıq bu gündən məktəbəhazırlıq qruplarında tədris başladığı üçün qeydiyyat prosesi bitmiş hesab olunur”.

BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Samirə Bektaşi isə qeyd edib ki, məktəbəhazırlıq qruplarında uşaqlar savada, ilkin nitq bacarıqlarına yiyələnir, təsviri incəsənət, musiqi sahəsində müxtəlif biliklər qazanırlar. Bu uşaqlarda bədii təfəkkür inkişaf edir, yaradıcılıq potensialı üzə çıxır.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir. Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz, 2019-2020-ci tədris ilində 90 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb.
01.10.2019 15:50:00
Oxuma sayı: 67