“Whatsapp” bu telefonlarda işləməyəcək
Ölçü:

1 fevral 2020-ci ildən etibarən “Whatsapp” tətbiqi köhnə əməliyyat sistemləri (OC) olan smartfonlarda işləməyəcək.

Koordinat.az xəbər verir ki, müvafiq qərar mesajlaşma şəbəkəsinin rəsmi saytında dərc olunub. Məhdudiyyətlər Android əməliyyat sistemləri üçün çalışan 2.3.7 qadcetləri və “iOS 8″lərə şamil ediləcək.

“Bu əməliyyat sistemlərini yeniləməyi planlaşdırmadığımız üçün bəzi funksiyalar istənilən vaxt həmin telefonlarda fəıaliyyətini dayandıra bilər”,-deyə “Whatsapp” tətbiqinin yaydığı bəyanatda qeyd olunur.

Bundan əlavə, 31 dekabr 2019-cu ildən etibarən “WhatsApp” tətbiqi “ОС Windows Phone”lərdə də işləməyəcək.
01.10.2019 14:06:00
Oxuma sayı: 86