Son 15 ildə ölkədə ÜDM istehsalı 3,3 dəfə artıb
Ölçü:


"Son 15 ildə ölkədə ÜDM istehsalı 3,3 dəfə artıb".

Koordinat.az
-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə artıb, qeyri-neft sənayesi üzrə 2,4 dəfə artıb:

"Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə yüksəlib. İnformasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb".
01.10.2019 12:37:00
Oxuma sayı: 33