Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi
Ölçü:


Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə görə prezident İlham Əliyevə təşəkkürü edib.

Koordinat.az xəbər verir ki, Rəsulzadənin nəvəsi ölkə başçısının bu qərarı ilə bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb: “Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.  Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi  çox gözəl addımdır.  Bi il çərçivəsində AXC-nin təbliği baxımından ciddi addımlar atıla bilər. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. “AXC ili”ndə həmçinin, Rəsulzadənin mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifəsidir. Bu baxımdan 2018-ci ilin “AXC ili” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək.  Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!”.
 

 
10.01.2018 13:47:00
Oxuma sayı: 60