Saakaşvili yenidən istintaqa çağrılıb
Ölçü:


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinin binasına çağrılıb.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, Saakaşvili qanunsuz cinayətkar şəbəkə yaratma ittihamına cavab vermək üçün xüsusi xidmət orqanına ifadə verib. Vəkillərinin əhatəsində binaya daxil olan siyasətçi baş verənlərin onun siyasi fəaliyyətinə mane olmaq üçün atıldığını xatırladıb: “Mən iufadə verirəm, istintaq hərəkətlərində iştirak edirəm, müntəzəm şəkildə məhkəmə qarşısına çıxıram. Əslində bizi aldadırlar və özümüz də bilmirik ki, nə işlə məşğul oluruq”.

 
10.01.2018 13:36:20
Oxuma sayı: 748