Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan çox investisiya qoyulub
Ölçü:


Azərbaycan iqtisadiyyatına indiyədək 260 milyard dollardan artıq investisiya qoyulub.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat nazirin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan “Ağıllı körpü” layihəsinin başa çatmasına dair keçirilən tədbirdə çıxış edərkən bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50%-i xarici investorların payına düşüb.

Texnologiyanın transferi və kommersiyalaşdırılmasına əsaslanan innovativ sahibkarlığın  inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual sahələrdə biridir, S. Məmmədov bildirib.

Nazir müavini onu da qeyd edib ki, təsadüfü deyil, dünya iqtisadiyyatında geniş formada cərəyan edən, həmçinin investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir.

Tədbir zamanı nazir müavini iki dövlət arasında bir çox sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məqsədilə mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviq edilməsi yolu ilə potensial imkanların inkişaf edilməsi, eləcə də qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətdən də danışıb. (apa)

27.09.2019 12:04:00
Oxuma sayı: 61