Bu il ən zəif qəbul göstəricisi Bakı Xoreoqrafiya Akademiyasındadır
Ölçü:


2018-ci ildə dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən aşağı nəticə Bakı Xoreoqrafiya Akademiyasına məxsusdur.

Koordinat.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Qeyd olunur ki, bu ali təhsil müəssisəsi dövlət sifarişi üzrə 97 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərdən 14-ü bilavasitə onun inhisarında olan, 82-si isə digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Nəticədə, Bakı Xoreoqrafiya Akademiyasının inhisarında olan 14 yer tam dolub, digər ali təhsil müəssisələri ilə birgə iştirak etdiyi müsabiqələrdə 82 nəfər qalibdən yalnız 1-i təhsilini davam etdirmək məqsədilə bu ali təhsil müəssisəsini seçib.

Zəif nəticə göstərən digər təhsil müəssisələri Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir.

26.09.2019 20:07:00
Oxuma sayı: 38