Gələn ilin büdcəsində neftin qiyməti 45 dollardan hesablanacaq
Ölçü:


Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.

Koordinat.az-ın məlumatına görə, “2018-ci ilin dövlət büdcəsi haqqında” Qanun layihəsində belə qeyd olunub. Proqnozlaşdırılan bu rəqəm 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barel çoxdur. Hazırda isə dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Bu gün biralarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 65,97 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 57,11 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar azalaraq 63,84 dollar təşkil edib.

MilliMəclisin İqtisadisiyasət, sənayevə sahibkarlıqkomitəsinin üzvü Vahid Əhmədov deyib ki, neftin hazırkı qiymətləri müvəqqətidir: “Hazırkı neft qiymətləri daha çox Səudiyyə Ərəbistanında baş verən korrupsiya faktları ilə bağlıdır. Bu qiymətlər uzun müddət qalıcı olmayacaq”.

V.Əhmədov bildirib ki, növbəti ildə neftin qiymətləri 50-55 dollar səviyyəsində qərarlaşacaq: “Ona görə də dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində hesablanması ən uyğun variantdır”.

10.11.2017 12:31:00
Oxuma sayı: 57