Azərbaycanın ən yaxşı universitetlərinin reytinqi açıqlandı - SİYAHI
Ölçü:


Yüksək nəticə göstərən abituriyentlərin Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına marağı böyükdür.

Koordinat.az
xəbər verir ki, bu barədə “Abituriyent 12” jurnalında qeyd olunub. Jurnalda yer alan reytinq cədvəlində universitetlər üzrə formalaşan orta bal göstəriciləri ( qəbul balı) də yer alıb. Orta bal göstəricilərinə görə fərqlənən ali təhsil müəssisələrinin siyahısını təqdim edirik:

I ixtisas qrupu üzrə:
Bakı Ali Neft Məktəbi;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

II ixtisas qrupu üzrə:
ADA Universiteti;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası.

III ixtisas qrupu üzrə:
Milli Aviasiya Akademiyası;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
ADA Universiteti;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası;
Azərbaycan Dillər Universiteti.

IV ixtisas qrupu üzrə:
Azərbaycan Tibb Universiteti;
Naxçıvan Dövlət Universitetinin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.
23.09.2019 17:29:00
Oxuma sayı: 124