Xərçəngin müalicəsində inqilabi yenilik
Ölçü:


ABŞ-ın Stenford Universitetinin alimləri CAR T-hüceyrə terapiyasını xərçəng immunoterapiyası sahəsində inqilabi bir yenilik adlandırıblar.

Koordinat.az xəbər verir ki, bu barədə “MedicalXpress”in məlumatında bildirilib. Tədqiqatçılar əldə olunmuş klinik məlumatlara əsasən terapiyanın effektivliyini qiymətləndiriblər.

Alimlərin fikrincə, CAR T- hüceyrə terapiyası müalicəyə cavab verməyən bədxassəli şişlərin növləri ilə mübarizədə belə effektiv nəticə verib. Bununla belə, qeyd olunur ki, bu metod mürəkkəbdir və həmişə kömək etmir, çünki xərçəngin bəzi növləri müalicəyə müqavimət göstərir. Lakin bu çatışmazlıqlar gələcəkdə aradan qaldırıla bilər.

Mütəxəssislər xəstələrin 60-93 faizində terapiyanın effektiv olduğunu təsbit ediblər. Çox vaxt o, V hüceyrələrinin kəskin lenfoblastik leykozunda da effekt göstərir. Belə ki, uzunmüddətli müşahidələr xəstəliyin təkrarlana biləcəyini də göstərib.

V- böyük hüceyrə limfomasında metod hər zaman işləmir, lakin trəkrarlanma ehtimalı azdır. Bu isə xəstəliyin eyni göstəricilərlə uzunmüddətli müalicəsinə gətirib çıxarır.

CAR T- hüceyrə terapiyasında ximerik antigen reseptoru istifadə olunur. O, immunitet sistemini aktivləşdirən xüsusi antitel və domenlərə seçici şəkildə bağlanan antitel parçasını birləşdirən proteindir.

Xəstənin xərçəng hüceyrələrindəki CD19 zülalı ilə əlaqəli ximerik antigenik reseptor CAR olduğundan onun T hüceyrələri çıxarılır və genetik olaraq dəyişdirilir. Modifikasiyadan sonra isə onlar yenidən xəstənin bədəninə daxil edilir.   /oxu.az/
Paylaş:


23.09.2019 12:56:00
Oxuma sayı: 213