Fuad Muradov: " Bu, ermənipərəst qüvvələrin işidir“
Ölçü:

“Belə bir məlumat yayıldı ki, sənədsiz azərbaycanlılar Türkiyədən deport olunur. Biz araşdırdıq. Anlaşıldı ki, belə bir məsələ yoxdur. Bu qəsdən, iki xalqın arasında gərginliyin yaranmasına hesablanıb. Bu, ermənipərəst qüvvələrin işidir“.

Koordinat.az REAL TV-yə istinadən xəbər verir ki, bunu Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda yaşayan azərbaycanlılarla görüşündə deyib. Komitə sədri bildirib ki, sənədsiz soydaşlarımızın sənədləşdirilməsi məsələsi gündəmdədir və çox ciddi addımlar atılır. Eyni zamanda burada təhsil alan azərbaycanlı tələbələrlə də bağlı iş gedir.
22.09.2019 18:08:00
Oxuma sayı: 581