ABŞ və Ukrayna prezidentləri məxfi danışıqlar aparıb
Ölçü:


ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakterdaşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.

Koordinat.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo ABC televiziya şirkətinin efirində bildirib.

“Siz bilirsiniz ki, biz son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə hərəkət etmək yersizdir”, – deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil. 
22.09.2019 18:19:00
Oxuma sayı: 388