Bakıda küləyin sürəti 38 m/s-yə çatıb
Ölçü:

Bu gün saat Bakıda güclü şimal-qərb küləyi əsib. Belə ki, paytaxtın Maştağa qəsəbəsində küləyin surəti saniyədə 38 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, bu gün güclü külək ayrı-ayrı regionlarda da müşahidə olunub. Belə ki, Nefçalada küləyin sürəti 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 metrə çatıb.

“Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edirik”, - Milli Hidrometeorologiya Departamenti bəyan edib.
21.09.2019 18:14:00
Oxuma sayı: 781