Bakı metrosunda həyəcanlı anlar - FOTO
Ölçü:

Bu gün günorta saatlarında  "Bakı Metropoliteni"QSC-nin "Gənclik" stansiyasında həyəcanlı anlar yaşanıb.

Koordinat.az xəbər verir ki, qatar platformaya daxil olarkən, tüstüləmə başlayıb. Hadisə yerində olan sərnişinlər baş verənlər barədə "Facebook"da şəkillər və şərhlər yayıblar. Məlumata görə, əvvəlcə qatı tüstü vaqonlara dolub. Sərnişinləri qatardan təxliyə ediblər və bundan sonra Bakı Metopolitenin əməkdaşları həmin qatarla da yola davam edib.

Bildirilir ki, tüstüləmə hiss edilən qayardan əvvəl yolda sınaq qatarı hərəkət edib. Qatarın təkərində "kalotka" sistemi od tutub. Belə olan halda təkər reysə sürtünüb və tüstüləmə başlayıb. Digər qatar da oradan keçəndə həmin reysdə tüstüləmə olub.
21.09.2019 14:27:00
Oxuma sayı: 890