QHT və KİV nümayəndələri söyüş və təhqirlərə qarşı toplandı - FOTOLAR
Ölçü:


Bu gün Bakıda "Sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyək!" adlı dəyirmi masa keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə ziyalılar, deputatlar, QHT-lərin və KİV-lərin  nümayəndələri və müxtəlif sahələrin təmsilçiləri iştirak edirlər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə deyib ki, toplantı siyasi deyil, sülh tədbiridir: “İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”.

Deputat bildirib ki, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: “Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

Çingiz.Qənizədə onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.

Tədbirdə son dövrlər sosial şəbəkələrdə, xüsusilə "Youtube"də heç bir əxlaqi dəyərlərə sığmayan, söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat səsləndirilib. Qeyd olunub ki,  xüsusilə "Facebook", "Youtube" vasitəsilə yayılan söyüş təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə iştirakçıları dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər.

Bəyanatda qeyd olunur ki, milli, mənəvi, əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur. Hər bir vətəndaşımızın tələbə və gənclərimizin xüusilə məktəblilərin təlim-tərbiyəsinə mənfi təsir göstərir, bu yolverilməzdir.

Tədbir iştirakçıları söyüş və təhqirdən istifadə edən həmin şəxsləri təhqir və böhtanlara yox deməyə çağırıblar.
20.09.2019 14:19:00
Oxuma sayı: 202