Nazirlik və komitələrin saxlanmasına bu qədər pul xərclənir - SİYAHI
Ölçü:


Bakı Araşdırmalar İnstitutu (BAİ) 2019-cu ilin dövlət büdcəsinə əsaslanaraq, dövlətin nazirlik və komitələrin saxlanmasına xərcləyəcəyi vəsaitlə bağlı infoqrafik hazırlayıb.

Koordinat.az həmin infoqrafikə əsasən rəqəmləri təqdim edir:
Prezident Adminstrasiyası 98,49 milyon manat;
ASAN xidmət 28,18 milyon manat;
Milli Məclis 27,77 milyon manat;
Maliyyə Nazirliyi 26,38 milyon manat;
Vergilər Nazirliyi 24, 43 milyon manat;
Kənd Təsərrüfatı Nazirliyi 18,88 milyon manat;
Dövlət Statistika Komitəsi 17,3 milyon manat;
Əmlak Məsələləri Dövlət Komitəsi 12,01 manat;
Xarici İşlər Nazirliyi 11,21 milyon manat;
İqtisadiyyat Nazirliyi 11,08 milyon manat;
Təhsil Nazirliyi 11,04 milyon manat;
Qida Təhlükəsizliyi Agentliyi 10,01 milyon manat;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9,92 milyon manat;
Nazirlər Kabineti 8,69 milyon manat;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8,68 milyon manat;
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8, 48 milyon manat;
Gənclər və İdman Nazirliyi 7, 23 milyon manat;
Mədəniyyət Nazirliyi 6,64 milyon manat;
Hesablama Palatası 4,37 milyon manat;
Energetika Nazirliyi 3,6 milyon manat;
Mərkəzi Seçki Komissiyası 2, 72 milyon manat;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2, 71 milyon manat;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2, 71 milyon manat;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2, 67 milyon manat;
Səhiyyə Nazirliyi 2, 28 milyon manat;
Diasporla İş üzrə Dövlət Komitəsi 1, 85 milyon manat;
Dövlət Turizm Agentliyi 1, 84 milyon manat;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1, 55 milyon manat;
Tarif (qiymət) Şurasının Katibliyi 0,62 milyon manat;
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi 0,16 milyon manat.

20.09.2019 14:02:00
Oxuma sayı: 214