Almaniya Seymur və Nigar Həziyə viza verməyib
Ölçü:


Almaniyanın Azərbaycandakı səfirliyi bu il avqustun 29-da 5 illik həbsxana həyatından azadlığa çıxan AXCP fəalı Seymur Həziyə və xanımı Nigar Həziyə Şengen vizası verməkdən imtina edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Seymur Həzi özünun Facebook səhifəsində  yazıb: ”Həmişə belə düşünmüşəm; dünyanın ən yaxşı ölkəsində ikinci dərəcəli "azad"lığa sahib olmaqdansa, mübarizə aparıb birinci dərəcəli dustaq olmaq yaxşıdır. Almaniya səfirliyi Nigara və mənə viza verməkdən imtina etdi. Halbuki, səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyə ediblər. Bir sözlə, bunlar -Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik - səngərdən qaçan olsaydım niyə tutulurdum ki?! Sadəcə, ayıb”.

Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında tanımadığı adama qarşı zor tətbiq etməkdə suçlanaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Seymur Həzi və Nigar Həzi 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar.

 

20.09.2019 10:06:00
Oxuma sayı: 219