Misir Mərdanov: "Məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır"
Ölçü:


Sabiq təhsil naziri Misir Mərdanov rejissor Oqtay Əliyevin onun haqqında səsləndirdiyi ittihamları əsassız sayır.

Koordinat.az xəbər verir ki, Misir Mərdanov Moderator.az-a açıqlamasında nazir olduğu müddətdə heç bir məktəbliyə teatra getməmək üçün qadağa qoymadığını bildirib: "Belə bir şey ömründə ola bilməz ki, mən buna qadağa qoyam. Sadəcə teatrlar istəyirdilər ki, məktəblərdə özlərinin biletlərini satsınlar. Mən də buna icazə verməmişəm, çünki get-gedə bu alverə çevrilə bilərdi. Dedim ki, gedin öz bilet kassalarınızda biletinizi satın, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır. Mən ömrümdə heç kimin teatra getməsinə qadağa qoymaram və qoymamışam da. Məni ittiham edən rejissor Oqtay Əliyevi tanımıram. Ömründə mədəniyyət işinə qarşı belə fikir söyləyib, qərar da verə bilmərəm. Artıq aradan on il ötüb. Bunlar kökündən yalnışdır. Hamınıza təşəkkür edirəm”
 
Qeyd edək ki, rejissor Oqtay Əliyev İctimai televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində Misir Mərdanovun təhsil naziri olan zaman məktəblilərin teatra getməsinə qadağa qoyduğunu bildirib.
19.09.2019 18:44:00
Oxuma sayı: 43