Müsavatda başqanlığa namizədlərin sayı 3-ə çatdı
Ölçü:

Müsavat Partiyasının başqanlığına daha bir namizəd bəlli olub. Modern.az xəbər verir ki, partiyanın Divan üzvü Başxanım Abbaslı da namizədliyini irəli sürmək niyyətindədir.

Koordinat.az xəbər verir ki, bu barədə Başxanım Abbaslı "Turan"a özü bildirib. Bununla da Müsavat başqanı vəzifəsinə namizədlərin sayı 3-ə çatıb. Partiya sədri seçkiləri oktyabrın 12-də Müsavat-ın IX qurultayında keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Divan üzvləri - Tofiq Yaqublu və Yadigar Sadıqov da Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürdüklərini elan edib. Onlar hər ikisi keçmiş siyasi məhbusdurlar.

Partiyanın hazırki başqanı Arif Hacılı namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyini bildirib. O, nizamnaməyə əsasən ikinci müddət üçün Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.

 


19.09.2019 18:21:00
Oxuma sayı: 31