İran ABŞ və Səudiyyəni hədələdi: "Böyük savaş olacaq..."
Ölçü:


“Səudiyyənin neft anbarlarına olan hücumun İran torpaqlarından olmasını haradan çıxarıblar? Bunu necə uydururlar?”.

Koordinat.az xəbər verir ki, bunu CNN-nin sualına cavabda İranın Xarici işlər naziri Cavad Zərif deyib. O bildirib ki, belə dezinformasiyalara dəfəələrlə cavab veriblər. Lakin qarşı tərəf məqsədli şəkildə yalanlarını davam etdirir: “İndi nəsə etmək üçün israrla məsuliyyəti İrana yükləmək istəyirlər. Ona görə, bu prosesin müharibəyə hazırlıq olduğunu deyirəm. Öz mənfəətləri üçün yalan danışırlar. Amma bu, gerçəkdən onların xeyirinə deyil. Bu, əslində, böyük savaşdır, savaşa hazırlıqdır. Ölkəmizi müdafiə etmək baxımından çox ciddi bəyanatlar verdiyimin fərqindəyəm. Təkrar edirəm, biz müharibə istəmirik. Çünki çox böyük itkilər olacaq. Ancaq hamı da bilməlidir ki, biz gözümüzü qırpmadan ölkəmizi qoruyacağıq”.

Zərif deyib ki, İrana hücum olarsa, bunun qarşılığını Səudiyyə rejimi və ABŞ alacaq: “Onlar da bizim hədəfimizdədir”.
19.09.2019 18:08:00
Oxuma sayı: 25