Sabirabadda 2 nəfərin qarayarayara tutulması rəsmən təsdiqlənib
Ölçü:


“Bir müddət əvvəl Sabirabad RMX-na qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumatda belə deyilir. Rəsmi məlumata görə, xəstələrin 20-21 sentyabr tarixlərində evə buraxılacaqları gözlənilir.

Qeyd edək ki, sentyabrın 9-da 2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi qarayara diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

19.09.2019 14:39:00
Oxuma sayı: 43