İsmayıllıdakı “Kartof festivalı”nda kütləvi zəhərlənmə
Ölçü:


İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub. İsmayıllının Talıstan kəndində keçirilən “Kartof festivalı”nda iştirak edən Bəxtira Mayilova, Natavan Nəcəfova, Yeganə Məmmədova, Aytac Rəcəbova, Amil Quliyev, Əlibaba Quliyev, Cavad Allahverdiyev adlı şəxslərin halı qəflətən  pisləşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, zəhərlənmə ehtimalı olan həmin 7 nəfər  İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar: “Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”.

Onların dönərdən zəhərləndiyi ehtimal olunur. Hazırda faktla bağlı araşdırma aparılır.

19.09.2019 14:26:00
Oxuma sayı: 104