Sərhədlərlə bağlı komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək
Ölçü:


Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq regionun sabitliyində və inkişafında böyük rol oynayıb.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik. Yəni Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".

X.Xələfov qeyd edib ki, Azərbaycan Qərbdəki tərəfdaşları ilə əməkdaşlıqdan əlavə, qonşu dövlətlərlə də qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu layihələr həyata keçirir.

19.09.2019 13:11:00
Oxuma sayı: 30