İtkin alpinistlərlə bağlı əməliyyat müşavirəsi keçirilir - Qubada
Ölçü:


Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir.

Koordinat.az xəbər verir ki, bu barədə  APA məlumat yayıb. Bildirilir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini, general- leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini müavini Firdovsi Əliyev və qərargahın rəhbərliyi iştirak edir.

Qeyd edək ki, Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarış işləri davam edir.
09.01.2018 14:46:00
Oxuma sayı: 455