Bu il 53595 şagirdə məktəbini dəyişməsinə icazə verilib
Ölçü:


Bu il şagirdlərin elektron yerdəyişməsi ilə bağlı Təhsil Nazirliyinə ümumilikdə 56 462 müraciət daxil olub.

Nazirlikdən Koordinat.az-a bildirilib ki, onlardan 53 595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2 086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

 

18.09.2019 11:48:00
Oxuma sayı: 50