Səhiyyə Nazirliyi əkizlərin ölümünün səbəbini araşdıracaq
Ölçü:


Səhiyyə Nazirliyi Lənkəran rayon doğum şöbəsində iki əkiz uşağın doğuş zamanı ölməsinə münasibət bildirib.

Nazirlikdən Koordinat.az-a bildirilib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar: "Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur".

S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq.
 
09.01.2018 12:56:00
Oxuma sayı: 1413