Aşurada qan verənlərin 169-da virus aşkarlanıb
Ölçü:


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 5 min 809 nəfərin 169-dan virus aşkarlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, həmin gün keçirilən qanvermə aksiyalarında 5 min 809 nəfər iştirak edib. Həmin şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

"Ümumilikdə 4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib" - deyə, nazirliyin rəsmi məlumatında bildirilir.

18.09.2019 09:44:00
Oxuma sayı: 45