Ekspert rəsmi statistika ilə real göstəricilər arasında 7 dəfəyədək fərqin olmasını şərh etdi
Ölçü:


“Vergilər nazirinin çıxışındakı bir fakt son 3-4 gündə xeyli müzakirə yaratdı. Söhbət vergi orqanlarının pərakəndə ticarət və ictimai iaşədə üzə çıxardığı real dövriyyə ilə rəsmi statistikanın uyğun göstəriciləri arasında 7 dəfə fərqin olması barədə məlum açıqlamadan gedir. Əgər bu fərq gerçəkdən mövcuddursa, o zaman Statistika Komitəsinin 7-8%-lik “kölgə iqtisadiyyatı” barədə açıqlaması fiaskodur. Hökumət bu qurumun işi barədə yaxşı-yaxşı götür-qoy etməlidir”.

Koordinat.az
xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, vergi-gömrük sistemində islahatlardan öncə statistika sistemi kökündən yenilənməlidir: “Güvənli statistika olmadıqca, iqtisadi sistemdə atılan addımların çoxu bumeranq kimi hökumətin üzərinə qayıdacaq. Siz üzləşdiyiniz problemin kəskinliyini bilmədən onunla mübarizə apara bilməzsiniz. Həkim xəstəliyin şiddətini və kəskinliyini diaqnozla aşkara çıxarmazsa, onun da müalicəsi fiasko olacaq”.

Ekspert real göstəricilərlə rəsmi statistika arasındakı uyğunsuzluqla bağlı nümunə də göstərib: "Ötən il Rusiyanın maliyyə naziri və Mərkəzi Bankın rəhbəri statisitka qurumunu tənqid etdi ki, əhalinin real gəlirləri düzgün hesablanmır, şişirtmələr var. Bu il Rusiyanın statitika qurumu əhalinin real gəlirlərinin hesablanmasına dair yeni metodologiya tətbiq etdi, tənqidçilərin iradları özünü doğrultdu və yeni göstəriclər ortayı çıxdı.

Rövşən Ağayev deyib ki, tənqidləri topa tutmaq yox, dinləmək vacibdir. Onun sözlərinə görə, bir statistika
-  əhalinin ən zəingin 10 faizi ilə ən yoxsul 10 faizinin istehlak etdiyi ətin miqdarı arasında demək olar ki, fərq yoxdur;
-  ən zəngin 10 faizlə ən yoxsul 10 faizin gəlirləri arasında ən yaxşı halda 2-3 dəfə fərq var -  onda bu statistikanın etibarlılığına heç kim güvənməz.

Rövşən Ağayev bildirir ki, rəqəmlərin keyfiyyəti və etibarı öz yerində, Dövlət Statistika Komitəsi hesabatları belə, vaxtında onlayn açıqlamaq istəmir: “Avqustda 2017-ci il üzrə açıqlanmalı milli hesablar statistikası hələ də yoxdur – sentyabr bitir amma. Söhbət 2018-ci ilin yox, 2017-ci ilin statikasından gedir”.

Xatırladaq ki, rəsmi statistika ilə real göstəricilər arasında 7 dəfəyədək fərqin olması barədə fikirləri vergilər naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl "kölgə iqtisadiyyatı" ilə bağlı keçirilən tədbirdə səsləndirmişdi.
 

17.09.2019 19:36:00
Oxuma sayı: 36