Rövşən Rzayev: “Avropa Məhkəməsi ermənilərin cəfəng iddialarına son qoydu”- MÜSAHİBƏ
Ölçü:


Daha bir təqvim ili başa çatdı. 2018-ci ilin ilk günlərində hər yerdə ölkə həyatının ən mühüm məsələlərinə yekun vurulur. Siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyyəti ölkənin başlıca problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı proseslərin gedişini təbii bir maraqla və həyəcanla izləyir. Həmişəki kimi, 2017-ci ildə də Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə bir sıra beynəlxalq  təşkilatlar maraq göstərib,  çoxlu rəy bildirilib. ATƏT-in Minsk qrupu (MQ) çərçivəsində keçirilən hər yeni tədbirdən – Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın, xarici işlər nazirlərinin görüşlərindən sonra KİV-də qızğın mübahisələrin getdiyini müşahidə etmək olardı. Lakin təəssüf hissi ilə deyə bilərik ki, siyasətçilərin fəallığına baxmayaraq ötən il də münaqişənin nizamlanmasında heç bir əməli dəyişiklik baş verməyib. Hərçənd, 2017-ci ilin son aylarında fəallıq xeyli artmışdı: oktyabın 16-da Cenevrədə iki ölkə prezidentlərinin MQ həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə görüşü oldu. Buna qədər dövlət başçıları 2016-cı ilin iyununda Rusiya prezidenti Vladimi Putinin təşəbbüsü və iştirakı ilə Sank-Peterburqda görüşmüşdülər. Ötən ilin soununda isə ATƏT MQ-nin həmsədrləri  Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü təşkil etdilər.

Milli Məclisin deputatı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev 2017-ci ildə münaqişənin həlli istiqamətində görülən işlər barədə fikir və mülahizlərini Vesti.az-la bölüşüb.

Koordinat.az həmin müsahibənin tərcüməsini oxuculara təqdim edir.

- Rövşən müəllim, Siz 2017-ci il noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda keçirilən  beynəlxalq forumda iştirak etmisiniz. Region üçün bu çox aktual tədbirin nəticələri haqqında nə deyə bilərsiniz?
- Forumda Avropa parlamentinin və separatizmdən əziyyət çəkən Avropa ölkələri parlamentlərinin üzvləri, alimlər və jurnalistlər iştirak edirdilər. Ölkəmizin mövqeyini Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirdi. O öz çıxışında forum iştirakçılarının diqqətini dünyada regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mənfi təsir göstərən etnik separatizmə cəlb etdi. Məncə, bu və ya digər ölkəyə qarşı münasibətdə  beynəlxalq təşkilatların son vaxtlar nümayiş etdirdiyi “ikili standartlar”dan imtina etməyin nə qədər öhəmli olduğunu artıq dünya siyasətçilərinin hamısı yaxşı anlayır.

Etnik separatizmin aradan qaldırılmasını, bu mərəzə qarşı təsirli mübarizə metodlarının tətbiq edilməsini nəzərdə tutan hüquq normalarına dünya dövlətlərinin əməl edib-etməməsi məsələsinə aparıcı dövlətlərin laqeyd münasibəti və cinayətkarları cəzalandırmaq mexaniminin olmaması son nəticədə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyini və prinsipiallığını  şübhə altında qoyur. Əgər işğalçının qarşısı alınmırsa, beynəlxalq brlik tərəfindən sülhün və sabitliyin bərqərar edilməsi üçün tədbirlər görülmürsə, etnik münaqişələrin miqyası daha da genişlənir.
Mən tam əminəm: vaxtilə beynəlxalq birlik Azərbaycan ərazilərinin işğal edilməsinə barmaqarası baxmasaydı, yəqin ki, bu gün Ukraynanın şərqində müharibə və Kataloniyada separatizm olmazdı.

Yeri gəlmişkən, mənKataloniya və Qarabağ münaqişələrinin eyniləşdirilməsinin qəti əleyhinəyəm və Brüssel forumunda da bunu dedim. Kataloniyada etnik təmizləmə, soyqırım, üçüncü tərəfin təqdim etdiyi güc və silahın tətbiqibaş verməyib.

- 2017-ci ildə Dağlıq Qarabağın Azərbaycanlı İcmasına müsbət xəbərlər də gəldi. Avropa İnsan Hqları Məhkəməsi, nəhayət ki, “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə araşdırmanı yekunlaşdırdı. Avropa Məhkəməsinin Böyük Palatası 12 dekabr 2017-ci ildə həmin iş üzrə yeni qərar qəbul etdi...   
- Bu işin 2005-ci ildə başlandığını hamımız bilirik. Azərbaycanın Laçın rayonundan olan altı məcburi köçkün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etmişdilər ki, 1992-ci ildə Ermənistanın Laşın rayonunu işğal etməsi ilə əlaqədar öz evlərinə qayıtmaq və orarada yaşamaq, öz əmlaklarından istifadə etmək imkanından məhrumdurlar. Milli əlamətə görə ayrı-seçkiliyə(Avropa İnsan Hüquqları Konvensiyası, 14-cü maddə) məruz qaldıqlarını bildirən iddiaçılar qeyd edirdilər ki, əgər etnik erməni və xristian olsaydılar, onları öz evlərindən çıxmağa məcbur etməzdilər. Avropa Məhkəməsinin Böyük Palatası 15 sentyabr 2010-cu ildə azərbaycanlı məcburi köçkünlərin iddiasına baxmağa başlayıb. 16 iyun 2015-ci ildə AİHM “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar qəbul edib və mülkiyyət hüququnun, şəxsi və ailə həyatına hörmət hüququnu, iddiaçıların effektli hüquqi müdafiə hüququnu tanıyıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərardan görünür ki, Ermənistan Azərbaycana qarşı təcavüzə, onun ərazisinin işğalına, bu ərazilərdə hərbi güc saxlamasına, yüz minlərlə Azərbaycan vətəndaşını qovmasına və onların öz əmlaklarından istifadə etmək imkanından məhrum olunmasına görə məsuliyyət daşıyır.  
2017-ci ilin dekabrında qəbul edilmiş qərara əsasən, Ermənistan hökuməti dəymiş maddi və mənəvi zərər görə altı nəfərin hər birinə 5 min avro, həmçinin ümumi məsrəflərə görə 28.642 funt sterlinq ödəməlidir. Qəti hökmün qəbulu 12 ilə başa gəlsə də, bu, sözsüz ki, həmin qərarı qəbul edən hakimlərin ədalətinin nümayişidir.
Qeyd etmək lazımdır ki, İnsan Haqları üzrə Avropa Konvensiyasının üç xüsusi maddəsinin pozulmasının tanınması ilə yanaşı AİHM Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistanın tam nəzarətində olmadığını bildirən erməni hökumətinin  etirazını da rədd edib. Avropa Məhkəməsi həmçinin qərara gəlib ki, bu münaqişəyə görə Ermənistan məsuliyyət daşıyır.

- Avropa Məhkəməsi Konvensiyanın 14-cü maddəsi üzrə ayrıca şikayətə baxmasa da, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının ayrı-seçkilik nəticəsində pozulduğunu təsdiqləyib.
- Üstəlik, Avropa Məhkəməsi müəyyən edib ki, şikayətçilərin yuxarıda göstərilən hüququları işğal olunmuş ərazilərdən bütün azərbaycanlıların qovulması və onların öz evlərinə qayıtmaq imkanından məhrum edilməsi səbəbindən pozulub. AİHM-in qərarında təkcə Azərbaycan torpaqlarını Ermənistan Respublkası silahlı qüvvələrinin işğal etməsi , Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparılması  göstərilməyib, həm də müəyyən edilib ki, hazır vəziyyətin saxlanmasına görə Ermənistan məsuliyyət daşyır. Avropa Məhkəməsi ermənilərin cəfəng iddialarına son qoydu.Ermənistan ta heç yerdə deyə bilməz ki, “Dağlıq Qarabağ Respublikası” adlanan qurum müstəqil şəkildə mövcuddur, İrəvan onun fəaliyyətinə cavabdehlik daşımır...

- Avropa Məhkəməsinin mətbuat üçün açıqlamasında bildirilirdi ki, “Dağlıq Qarabağ bölgəsinin qeyri-qanuni hakimiyyəti Ermənistandan hərbi, siyasi, maliyyə və başqa yardımlar alır. Bu məsələ ilə bağlı ötən il hansı dəyişikliklər baş verib?
- Vəziyyət elə əvvəlki kimidir. Burada yenə Ermənistan rəhbərliyinə siyasi səhnədə teatr direktoruna naz eləməyə hər zaman bir bəhanə tapan şıltaq primadonna obrazında çıxış etmək imkanı verən bədnam “ikili standartlar” siyasəti  öz çirkin rolunu oynayır.

- Erməni tərəfi o həddə çatıb ki, hətta Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin mövcud olmaması barədə bəyanatlarla çıxış edir...
- Belə bəyanatların cəfəngliyi və siyasi dayazlığı 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurasının işindən xəbəri olanların hamısına aydındır. Həmin qətnamələrdə bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, sərhədlərin dəyişməzliyinəvə ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyinə hörmət göstərilməsinin zəruriliyi tam aydınlığı ilə təsdiq olunur. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının30 aprel 1993-cü ildə qəbul etdiyi 822 nömrəli qətnamə  tam atəşkəsin bərqərar edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin təcili dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edir. Sonrakı qətnamələrdə də bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanınbütün işğal edilmiş rayonlarından dərhal, tam və danııqsız çıxarılması barədə tələb var. BMT Təhlükəsizlik Şurasıtəkidlə Ermənistan Respublikası hökumətini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilərin BMT qətnamələrinin müddəalarına əməl etməsinə öz təsirini göstərməyə çağırır. Ancaq, təəssüf ki, Ermənistanda müyyən qədər ağıllı siyasət yeridən rəhbərlik çoxdan yoxdur. Ermənistan parlamentinin güllələndiyi 1997-ci ildə dövlət çevrilişi nəticəsində İrəvanda hakimiyyətə səhra komandirləri gəliblər.
Həmin vaxtdan da dövlət yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə məcbur edilməli olanların əlinə keçib və hələ də onların əlində qalmaqdadır. Bir daha xatırladıram, BMT-nin dörd qətnaməsinin işğal olunmuş ərazilərdən erməni qoşunlarının dərhal, danışıqsız və tam çıxarılması barədə 25 il əvvəlki tələblərinə rəğmən Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Çünki məhz bu problemi həll etməli olan strukturlar şərait yaradırlar ki, ermənilər beynəlxalq hüquqa belə sayğısızlıq göstərsinlər.

-Vaxtilə Robert Koçaryan belə bir tezislə çıxış edirdi ki, “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluq var”. Belə etnik xofla o, öz işğaıçılıq niyyətini ört-basdır etməyə çalışırdı.
- Xalqlarımız arasında heç bir etnik uyğunsuzluq yoxdur və ola da bilməz. Öz şəxsi rifahını iki xalqın əzabları üzərində qurmaq olmaz. Bilirəm ki, ermənilər arasında münaqişəyə tamam başqa gözlə baxanlar, qonşuları ilə sülh və əmin-amanlıq içərisində yaşamaq istəyənlər çoxdur. Problem “Qarabağ dalğası”nda Ermənistanda hakimiyyətə gəlmiş siyasi dairələrin dialoqa manelər yaratmasıdır. Öz əməllərinin mahiyyətinə görə terrorçu olan, əlləri dinc azərbaycanlıların qanına batmış Koçaryanın və Sarqsyanın bəyanatları daşnakların Azərbaycan ərazilərini ələ keçirmək siyasətinin davam etdirilməsindən başqa bir şey deyildir. Ermənilərin işğalçılıq planlarına və oyuncaq dövlət yaratmalarına göz yuman çar Rusiyası tərəfindən buraya köçürüldükləri və məskunlaşmaq üçün hər şərait əldə etdikləri vaxtdan onlar bu işlə məşğuldurlar. Yada salaq ki, 1918-ci ildə Ermənistan Respublikası yaranarkən onun ərazisi 9 min kvadratkilometr olub. İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsini xatırlayaq.  Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edərək ermənilərin bolşevik Rusiyasının dəstəyi və birbaşa iştirakı ilə 1920-ci ildə Zəngəzuru və bir sıra Azərbaycan torpaqlarını yeni yaradılan Ermənistanın tərkibinə daxil etmələrini xatırlayaq. Hələ Ermənistanın sovetləşməsinədək, 10 avqust 1920-ci ildə İrəvanda  RSFSR ilə Ermənistan Respublikası arasında ilkin sülh müqaviləsi” imzalanmışdı. Həmin gün Rusiya Kommunist (bolşeviklər) Partiyası  - RK(b)P Mərkəzi Komitəsinin Qafqaz bürosu Azərbaycanın xəbəri olmadan Naxçıvanın Şərur-Dərələyəz mahalının Ermənistan Respublikasına verilməsi barədə qərar çıxarmışdı.
Beləliklə, bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanın sovetləşməsi siyasətini həyata keçirirdi. Bu siyasətə, təbii ki, Anastas Mikoyanın fivası ilə RSFSR-in millətlər məsələsi üzrə o vaxtkı xalq komissarı İosif Stalin rəhbərlik edirdi. Ermənistan SSR yaradıldıqdan sonrakı gün – 1 dekabr 1920-ci ildə Zəngəzur Ermənistana verildi. Noyabrın 9-da Bakıda “erməni yoldaşlar”ın (maskalanmış daçnak-bolşeviklərin) sualına cavab olaraq Stalin Zəngəzur haqqında demişdi: “Zəngəzuru Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olar, onda mümkündür”. Bu sözlərdən aydın olur ki, Zəngəzurun Ermənistana verilməsi planı hələ onun sovetləşməsindən xeyli əvvəl  Moskvada bolşevik rəhbərlik tərəfindən hazırlanıbmış...

Sovetləşmədən sonra Qazax rayonunun dağlıq hissəsi – Dilican ermənilərin siyasi iştahasına qurban getdi. 1927-ci ildə Cəbrayıl qəzasının 24 kəndi, 1929-cu ildə Naxçıvanın 9 kəndi və aşağı Zəngəzurun 3 kəndi də Ermənistana verildi. Beləliklə, əvvəlcə bolşevik Rusiyası, sonralar totalitar sovet rejimi Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini indiki 29 kv.km-ə qədə artırdı. Bu gün isə biz Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq strukturların “ikili standartlar” siyasətinin açı nəticələrinin şahidiyik. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, lakin iş deklarativ bəyanatlardan o yana getmir. Əgər münaqişənin lap əvvəlində separatçıları dəstəkləyən totalitar kommunist rejiminin mövqeyini başa düşmək mümkün idisə, qanlı münaqişənin dinc yollarla həlli prosesinin indiki iştirakçılarının - dayanıqlı demokratik prinsiplərə malik ölkələrin mövqeyi təəccüb  və anlaşılmazlıq doğurur. Mən hətta bilmirəm, 30 il əvvəlki sovet rəhbərliyinin mövqeyi ilə dünyanın hər yerində ədalət axtaran demokratik Qərbin, özünün ağıllı mövqeyi ilə seçilən və beynəlxalq siyasətdə sabitləşdirici amil hesab edilən müasir Rusiyanın  Ermənsitan-Azərbaycan münaqişəsinə münasibətini necə eyniləşdirim. Onlar nə vaxtadək təcavüzkara göz yumacaqlar? Bir ölkənin başqasına qarşı təcavüz faktına öz münasibətini konkretləşdirməyin vaxtı çoxdan çatıb.

- Bünütn bunlarla birlikdə XX əsrdə Azərbaycan xalqı davakar erməni millətçiləri tərəfindən dörd dəfə zorakılığa, təqibə, terrora və deportasiyaya məruz qalıb...
- 1905-1906-cı illərdə Rusiya imperiyasındakı inqilabi çaxnaşmalar dövründə də belə olub, 1918-ci ildə də. Sovet hakimiyyəti illərində ermənilər azərbaycanlıların öz tarixi ərzilərindən qovulub çıxarılması siyasətini davam etdiriblər. 1948-1953-cü illərdəki deportasiya zamanı 100 mindən çox azərbaycanlı Ermənistan SSR-dən qovulub. Nəhayət, 1988-ci ildə Ermənistanda azərbaycanlıların etnik təmizlənməsi bu ssenari üzrə başa çatdırılıb – 200 mindən çox adam Azərbaycana deportasiya olunub.
XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-də yenidənqurma adı altında dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər xarici himayədarlarının köməyi ilə özlərinin sərsəm “Böyük Ermənistan”  ideyalarını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidənAzərbaycana qarşı geniş miqyaslı kampaniyaya başladılar.1992-1993-cü illərdə Ermənistan, əlbəttə, xarici köməyi ilə Azərbaycanın ərazisinin 20 faizini – Dağlıq Qarabağı və ətrafdakı yeddi rayonu işğal etdi. Artıq 25 ildir ki, Ermənistan işğalı davam etdirir, Azərbaycan torpaqlarının hesabına öz ərazisini daha da genişləndirmək niyyətini də gizlətmir. Bütün bunlar beynəlxalq hüququn ziddinədir:   dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, BMT isə 1992-ci ildə sərhədlərin dəyişilməzliyini tanıyaraq bizi öz sırlarına qəbul edib. Ermənistanın belə yolverilməz ədalətsizliyinə beynəlxalq strukturların göz yummasının məntiqini anlaya bilmirəm. Dağlıq Qarabağ münaqişəsinin başlanmasının əsas səbəbi – Ermənistanın Azərbaycana yeni ərazi iddialarıdır. Ermənistan münaqişənin lap əvvəlindən mahiyyətini təhrif etdiyi “öz müqəddəratını təyinetmə” anlayışından yapışıb. Beynəlxalq hüquqa dair bütün sənədlərdə tam dəqiqliklədeyilir ki, milli azlıqların öz müqəddəratını təyin etməsi konstitusiya hüququ əsasında, dinc yolla baş verməlidir. Öz müqəddəratını təyinetmə ölkənin hamı tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edə bilməz və etməməlidir. Əksinə, milli azlıqlar ölkənin ərazi bütövlüyü çərçivəsində ən geniş muxtariyyətədək öz müqəddəratlarını təyin edə bilərlər və dünyada bunun nümunələri çoxdur.  
Qarabağ münaqişəsinə dair bütün beynəlxalq sənədlər – BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi və başqaları Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirlər. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini dəstəkləyən digər beynəlxalq təşkilatların da sənədləri vardır.  Lakin Ermənistan bu sənədələrə hələ də məhəl qoymur...

İş o yerə çatıb ki, Qarabağ separatçıları Azərbaycan və Ermənistan arasındakı danışıqlar masasında yer tutmağa və hətta dövlət quruluşu hüququ ilə müstəqil subyekt kimi çıxış etməyə cəhdlər göstərirlər. Amma belə çəhdlər iflasa məhkumdur. Bu tanınmayan qurumun dırnaqarası “siyasətçiləri” və “nazirləri” öz fəaliyyətlərinin nə qədər sərsəm göründüyünü dərk edə bilmirlər. Axır ki, onlar da başa düşməlidirlər: problemin həllinin bircə yolu var – Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında sülh dialoqu başlamalıdır.

- Rusiya Dövlət Dumasının yaxşı tanınan deputatı Konstantin Zatulin bu yaxınlarda yenidən “aranı qarışdırmaq” qərarına gəlib və Dağlıq Qarabağ haqqında öz ölkəsinin rəhbərliyinin sağlam düşüncəsi və mövqeyi ziddinə fikirlər səsləndirib...
- Siyasətdə öz tamahını güdən bir adamın sözlərinə şərh verməyəcəyəm. Hamıya yaxşı məlumdur ki, o, öz şəxsi mənafeyini dövlət maraqlarından üstün tutur. Bu adamın peşə və insanlıq keyfiyyətləri barədə isə onun həmkarı Vladimir Volfoviç Jirinovski Rusiya televiziyasındakı populyar tok-şoulardan birində çox aydın ifadələr işlədib. Mənə elə gəlir, çətin ki, kimsə onu Jirinovskidən daha yaxşı səciyyələndirə bilsin. (Bax: https://www.youtube.com/watch?v=vySFFsqlCns&app=desktop)

-  Sizcə, Qarabağ münaqişəsi ətrafında yaranmış mürəkkəb vəziyyətdən necə çıxmaq olar?
- Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq təşkilatların digər dövlətlərə nümunə göstərdiyi dərin milli və dini dözümlülük tarixi  olan çoxmillətli ölkədir. Bu gün Azərbaycanda bir sıra xalqların nümayəndələri çiyin-çiyinə yaşayırlar. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünya təcrübəsində mövcud olan ən yüksək özünüidarə statusu verməyə hazırdır. Ancaq bir daha təkrar edirəm, tarixi torpaqlarımızın qoparılması ilə biz heç vaxt razılaşmayacağıq.   
Prezident İlham Əliyev Azərbaycan xalqıa Yeni il müraciətində aydın şəkildə anlatdı ki, bu gün Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanı ümidləndirə biləcək əvvəlki vəziyyət daha yoxdur. Prezident qeyd etdi ki, 2016-cı ilin aprel məğlubiyyətindən sonra Ermənistanın irəli sürdüyü heç bir şərt qəbul edilməyib: “Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.

09.01.2018 13:52:46
Oxuma sayı: 3599