“Ekologiya postu”na rəis təyin edildi
Ölçü:

Daxili işlər orqanlarında yeni təyinat olub.

Koordinat.az-ın məlumatına görə, Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib. O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub (Report).

17.09.2019 18:06:00
Oxuma sayı: 35