Robert Koçaryan yenə həbsdə qaldı - 1 il 2 aydır
Ölçü:


Sentyabrın 17-də Yerevan məhkəməsi keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişməyib.

Koordinat.az
xəbər verir ki, məhkəmə Koçaryanın vəkillərinin bununla bağlı vəsatətini təmin etməyib. Koçaryan 2008-ci ildə prezident seçkilərinin nəticələrini tanımayan aksiya iştirakçılarına qarşı güc tətbiq edilməsi ilə bağlı konstitusiyanı pozmaqda ittiham olunur.  O zaman prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunmuş, toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

2018-ci ilin iyulunda həbs olunan Koçaryan məhkəmə qərarları ilə iki dəfə həbsdən buraxılıb, sonradan prokurorların şikayəti əsasında yenidən həbs olunub.
17.09.2019 17:44:00
Oxuma sayı: 28