Avtomobil beton dirəyə çırpıldı: yaralılar var
Ölçü:


Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
Koordinat.az xəbər verir ki, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
17.09.2019 16:50:00
Oxuma sayı: 28