Qaxda qəza: Nazirlikdən açıqlama
Ölçü:


Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Koordinat.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda yaralıların müalicəsi davam edir.

17.09.2019 16:10:00
Oxuma sayı: 28