İranda polislərlə silahlılar arasında atışma: 1 polis ölüb, 3-ü yaralanıb
Ölçü:



İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.
Koordinat.az xəbər verir ki, bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.
Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb.
Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.
Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.

17.09.2019 15:10:00
Oxuma sayı: 29