Orduda təlimlər davam edir
Ölçü:

Müdafiə Nazirliyinin gərbi bölmələri genişmiqyaslı təlimləri davam etdirir. Növbəti təlimlərdə qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

17.09.2019 14:11:00
Oxuma sayı: 31