Mənzil bazarında bahalaşma davam edir
Ölçü:


“Hazırda daşınmaz əmlak bazarında bahalaşma müşahidə edilir”.

Koordinat.az xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib. O, qeyd edib ki, hazırda mənzil bazarında qiymət artımı 1,03 faiz təşkil edir. Təkrar mənzil bazarında 0,73 faiz, ilkin mənzil bazarında isə 2,36 faiz bahalaşma qeydə alınıb.

Ekspert deyib ki, ilin sonuna doğru daşınmaz əmlak bazarında qiymət artımı xarakterik olacaq. Onun sözlərinə görə, uzun illərdir insanlarda psixolojik olaraq formalaşan “gələn ildən bahalaşacaq” fikirləri bazarda tələbatı artırır, bazara təzyiq güclənir. Bu da tələb və təklifdə ciddi fərq yaratdığından qiymət artımı qaçılmaz olur.

Nüsrət İbrahimov kirayə mənzillərdə ay ərzində 5,75 faiz bahalaşma qeydə alındığını diqqətə çatdırıb: “Bu, mövsümi bahalaşmadır, tələbələrin paytaxta axını ilə ilə bağlıdır. Sentyabrın sonu, oktyabrın əvvəlindən etibarən kirayə bazarında ucuzlaşma gözlənilir”.

 

17.09.2019 12:24:00
Oxuma sayı: 37