Balakənin 2 kəndində karantin elan olunması xəbərinə rəsmi cavab
Ölçü:


Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlandığı, həmin kəndlərdə karantin elan edildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Koordinat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyeva bildirib ki, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb: "Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da sakinlərdən hər hansı bir müraciət qeydə alınmayıb".


17.09.2019 10:28:00
Oxuma sayı: 44