Neftçalada baş verən qəzada sürücü öldü
Ölçü:


Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.
Koordinat.az xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara magistralının Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini, 1952-ci il təvəllüdlü Əliağa Hacıbaba oğlu Cəfərovun idarə etdiyi "Mitsubishi" markalı 50 CG 162 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.
16.09.2019 19:20:00
Oxuma sayı: 36