Məktəblini maşın vurub öldürdü
Ölçü:




Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Koordinat.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, Y.Nuriyev 3-cü sinif şagirdi olub.
Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

16.09.2019 18:40:00
Oxuma sayı: 164