Dövlətin təhsil siyasətini, övladlarımızın gələcəyini "baltalayanlar"
Ölçü:

“Bilik” günü ölkəmizdə xüsusi sevinclə, təmtəraqla qeyd edilir. Birincilər ilk günü nə qədər “könüllü” getsə də, məktəb bütün valideynlərin həyatında yeni bir mövsümün başlanğıcı olur. Dövlətimiz tərəfindən ölkəmizdə təhsilin inkişafı istiqamətində təhsilin təşkili prosesinin təkmilləşdirilməsindən tutmuş məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına qədər davamlı addımlar atılır.

Təhsil kimi müqəddəs və vacib bir məsələyə hər kəsin diqqətlə yanaşması çox vacibdir. Xüsusilə valideynlərin. Valideyn-Məktəb-Şagird üçbucağı möhkəmlənmədikcə, problemlər də davam edəcək.

Koordinat.az-ın kollektivi olaraq, “Bilik” gününə problemlə başlamaq istəməzdik, əgər Təhsil-Poliqrafiya MMC-nin “Kurrikuluma uyğundur” devizi ilə çap etdiyi yeni məktəbli kitabçaları ortalıqda olmasaydı. Kitabçadan “Seçmələri” (təbii ki, bir qismini) oxucuların diqqətinə çatdırırıq:


19 sentyabr

Beynəlxalq “Smaylik”dən istifadə günü.

Beynəlxalq Piratlar günü

20 sentyabr

Ümumdünya düyü günü

24 sentyabr

Beynəlxalq lal-kar günü

7 oktyabr

Beynəlxalq Quşları müşahidə günü

22 oktyabr

Beynəlxalq kəkələyə-kəkələyə danışanlar günü

23 oktyabr

Beynəlxalq Qar Bəbiri günü

3 yanvar

Beynəlxalq kokteyl çöpünün yaranması günü

4 yanvar

Beynəlxalq Brayl əlifbası günü

21 yanvar

Beynəlxalq Qucaqlaşma günü

24 yanvar

Beynəlxalq eskimo dondurması günü

 

Təhsil nazirliyi də dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra qurumu olaraq, bütün mümkün addımları atır ki, nəticə yaxşı olsun, övladlarımız daha keyfiyyətli təhsil alsın. Son dövrlər nazirlik yanında İctimai şuranın yaradılması da buna bir nümunə ola bilər. Ümid edirəm ki, əlaqədar şəxslər, xüsusilə İctimai Şura üzvləri bu nəşrin təhsilimizə, gənc nəslin tərbiyəsinə nə qədər uyğun olduğunu nəşrə cavabdeh olanlara izah edəcəkdir. DOSTLAR, MƏN İSƏ TƏKLİF EDİRƏM Kİ, 21 YANVAR GÜNÜNDƏ GEDİB BU NƏŞRİYYATIN “MƏKTƏBLİ KİTABÇASI”NIN HAZIRLANMASI VƏ ÇAPINA CAVABDEH OLANLARI BİR ÜRƏKDƏN QUCAQLAYAQ. Axı, 21 yanvar Beynəlxalq qucaqlaşma günüdür. Bunu hamı bilməlidir, xüsusilə şagirdlər.

16.09.2019 14:55:00
Oxuma sayı: 56