Milli Şura mitinq üçün meriyaya müraciət etdi
Ölçü:


“Aksiyanın “Məhsul” stadionunda keçirilməsi  nəzərdə tutlurdu. Lakin orada da  mitinqin  keçirilməsinə mane olmaq üçün söküntü işləri aparılır”.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan  Xalq Cəbhəsi Partiyasının  sədr müavini Fuad Qəhrəmanlı bildirib: “Bakı Şəhər İcra Hakimiyyətinə  mitinqi təşkil edəcəyimiz yerlə bağlı  müraciət etmişik, lakin hələ ki heç bir cavab yoxdur.  Bütün aksiyalarımızda təşkilatçı Milli Şuradır və hər kəsin, bütün partiyaların kütləvi aksiyalarda  iştirakı arzuolunandır. “Məhsul” stadionu olmasa,  bizim tərəfimizdən başqa alternativ yerlər təklif edilib.  Nərimanov parkı, 28 May meydanı bu yerlərin sırasındadır”.

Qeyd edək ki, Milli Şura sentyabrın 28-nə mitinq təyin edib. Bu barədə xəbəri  AXCP sədri Əli Kərimli bildirib. Mitinqin tələbləri Qarabağa azadlıq, seçki islahatları, siyasi məhbuslara azadlıq, uşaqpulunun və tibbi sığortanın verilməsidir.

16.09.2019 12:07:00
Oxuma sayı: 40