Bu gün 4 rayonda qaz olmayacaq
Ölçü:


Bu gün saat 10:00-dan Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

 “Azəriqaz” İstehsalat Birliyindən Koordinat.az-a verilən məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac" İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır.

16.09.2019 09:48:00
Oxuma sayı: 37