Maşın yoldan çıxıb aşdı: ölən var
Ölçü:


Bu gün Sabirabad rayonunda yol-nəqliyyat qəzası baş verib.
Koordinat.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Padar-Sabirabad yolu üzərində yerləşən Kovlar kəndi ərazisində olub.
Saatlı rayonunun Cəfərxan kənd sakini 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.
Sürücü hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

15.09.2019 10:50:00
Oxuma sayı: 36