Qızıl geyimli adam sərgidə -Türkiyədə
Qazaxıstanın məşhur “Qızıl geyimli adam zirehi” tarixi əsəri nümayiş olunmaq üçün Türkiyəyə gətirilib.
Koordinat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi əsər “Qazaxıstanın Qızıl Geyimli Adam Dünya Muzeylərində” layihəsi çərçivəsində Türkiyənin Anadolu Mədəniyyətləri Muzeyində nümayiş olunacaq. Üzərində 3 mindən çox əl işləməsi olan qızıl zirehin xaqana, ya da təkinə məxsus olduğu ehtimal olunur.
Əsər Türk mədəniyyətinin və tarixinin dərinliyini ortaya qoyan önəmli dəlillər arasında yer alır. Tarixi əsər Qazaxıstanın Yedisu bölgəsində 1969-cu ildə inşaat işləri aparılanda aşkarlanıb.
Türk inamlarını, dövlət tənzimlənməsini, mifoloji baxışlarını əks etdirən və Türk dünyasının ortaq mədəniyyət mirası sayılan 2500 illik tarixi əsər Türkiyədə oktyabrın 12-dək nümayiş olunacaq. Sərgidə, eyni zamanda Qazaxıstanın 7 ayrı bölgəsindən aşkaralanan 207 arxeoloji əsər yer alıb.
14.09.2019 18:31:00
Oxuma sayı: 103