Prezident Gəncəyə gedib - FOTO
Ölçü:


Prezident İlham Əliyev bu gün Gəncə şəhərinə səfərə gedib.

Koordinat.az
xəbər verir ki, dövlət başçısı əvvəlcə Görkəmli siyasi xadim Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Qeyd edilib ki, Gəncənin Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

 
10.11.2017 12:01:00
Oxuma sayı: 944