Rusiyada dəhşətli qəza: 7 nəfər ölüb
Ölçü:


Rusiyanın Yaroslavl vilayətində xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Koordinat.az-ın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtromobili ilə toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerlıəşdirilib.
Hadisənin yük avtopmobilinin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir.
14.09.2019 14:26:00
Oxuma sayı: 168