Bir ildə Təhsil Nazirliyinə 262 000-dək müraciət daxil olub
Ölçü:


2017-ci il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261816 müraciət daxil olub.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, onlardan 221038 müraciət Vətəndaşlarla iş bölməsi, 14094 müraciət (elektron poçt), 26684 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul edilib.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 173990 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 47048 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. 
09.01.2018 10:56:00
Oxuma sayı: 982