Sabaha olan hava proqnozu: qısamüddətli yağış yağacaq
Ölçü:



Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq.

Sentyabrın 15-də səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentindən Koordinat.az-a verilən məlumata görə, bazar günü paytaxt ərazisində mülayim şimal-şərq və cənub-şərq küləyi əsəcək, temperatur gündüz 24-27 dərəcə arasında dəyişəcək.

Həftənin 1-ci günü - sentyabrın 16-da isə hava şəraitinin küləkli olacağı ehtimal olunsa da, bu barədə daha dəqiq məlumat sentyabrın 15-də veriləcək.

Azərbaycanın bölgələrində də sentyabrın 14-15-də gündüz saatlarında əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Eyni zamanda, sabah səhər saatlarına ayrı-ayrı yerlərdə duman gözlənilir. Temperatur Mərkəzi Aran rayonlarında gündüz 22-28, dağlıq ərazilərdə 9-14 dərəcə isti gözlənilir.
14.09.2019 12:00:00
Oxuma sayı: 33